“Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin “YouTube” və “Facebook” sosial şəbəkəsindəki səhifələri vasitəsilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Narınc Xatunun 90 illiyinə həsr olunmuş “Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir” mövzusunda birinci onlayn yubiley konserti təşkil edilib.
Tədbiri “Aşıq Pəri Məclisi” Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri Pərvanə Zəngəzurlu və bədii rəhbəri Güllü Eldar Tomarlı aparıblar.
Konsertdə tanınmış şeir, söz-saz ustaları Cəvahir Qaraqızı, Aişə Səyyadqızı, Aidə Gülzar, İnci Şirvanlı, Nazənin Lerikli, Səbinə Gədəbəyli, Kəmalə Musazadə, Pərvanə Zəngəzurlu və Güllü Eldar Tomarlının ifasında milli ruhu yüksəldən şeirlər deyilib, mahnılar oxunub və musiqilər səsləndirlib.
Üç saata yaxın davam edən konserti sosial şəbəkələr üzərindən minlərlə tamaşaçı izləyib.