Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Vətən sevgisi, vətəndaşlıq yanğısı” adlı virtual görüş keçirib.
Kkitabxananın virtual şəkildə təşkil etdiyi vətənpərvərlik mövzulu tədbirin qonağı uşaq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sevinc Nuruqızı olub.
Görüşdə S.Nuruqızı Vətən uğrunda canlarından keçən şəhidlərimiz haqqında söhbət açaraq uşaqlar üçün yazdığı vətənpərvərlik mövzusunda şeirləri izləyicilərə səsləndirib.
Virtual görüş izləyicilər tərəfindən maraqla qarşılanıb.