Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Mədəniyyət xəbərləri
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020

Respublika Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayaraq, geniş istifadəçi auditoriyasına təqdim edib.

Kitabxanadan bildirilib ki, biblioqrafik icmalda istifadəçilərə Antarktida haqqında geniş, dolğun informasiya verə biləcək bütün mənbələrə müraciət edilib və bu mənbələr icmalda öz əksini tapıb. Bunlara ensiklopediyalar, dərsliklər, bədii ədəbiyyat və s. aiddir. İcmalda təqdim olunan ədəbiyyat Azərbaycan və rus dillərində verilib. Ədəbiyyatın annotasiyasında kitabın məzmunu ilə yanaşı, onun əsas məziyyətləri, ünvanlandığı oxucu auditoriyası və s. göstərilir. Oxuculara, həmçinin sözügedən mövzunu əks etdirən elektron resurslar haqqında da məlumat verilir.

Qeyd edilir ki, 200 il bundan qabaq 1819-cu ildə altıncı materik-Antarktidanın mövcudluğunu təsdiq etmək üçün ekspedisiya təşkil olunub. Ekspedisiya 751 gün olmaqla, 92 min kilometrdən çox məsafəni qət edib.1820-ci ildə eyni vaxtda 3 ölkə ekspedisiyası ayrı-ayrılıqda Antarktidanı kəşf edib. Nəhayət 1959-cu il dekabrın 1-də Antarktida haqqında konvensiya imzalanıb. 23 iyun 1961-ci ildə ilk 12 dövlətin ratifikasiyasından sonra bu konvensiya qüvvəyə minib. Bu müqavilənin məqsədi Antarktidadan bütün bəşəriyyətin istifadəsi üçün imkan yaratmaqdan və həmçinin də elmi tədqiqatlar və beynəlxalq əməkdaşlıq üçün azad mühit təşkil etməkdən ibarət idi. Hazırda müqaviləni imzalayan dövlətlərin sayı 50-dir. Bu möcüzəli Antarktida həm qitə, həm materikdir və bütün bəşəriyyətin maraqlarına xidmət edir.

İstifadəçilər biblioqrafik icmalla https://ryl.az/sened/antarktida.pdf linkı vasitəsilə tanış ola bilərlər.

Oxşar Xəbərlər

    ×