AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədovun həmmüəllifi olduğu “MnGaInSе4 monokristalının dəyişən sahədə elektrik keçiriciliyi” adlı məqalə “Web of Science” elmi bazasında indeksləşən, İsveçrədə “Springer Nature Switzerland” nəşriyyatının “Technical Physics Letters” jurnalında dərc olunub.
İnstitutdan bildirilib ki, məqalədə müasir elektrotexnika üçün perspektivli maqnit materialı hesab olunan MnGaInSе4 monokristalının fiziki xassələrinin, o cümlədən elektrik keçiriciliyinin temperatur və tezlikdən asılılığı tədqiq olunub. Tədqiqat işi aktivləşmə enerjisinin təyinini əhatə etməklə materialşünaslığın müasir problemlərinə həsr olunub.