Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Azərbaycan xəbərləri
AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə onlayn görüş
28.07.2020

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə aid elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə növbəti onlayn görüş keçirilib.

Akademiyadan bildirilib ki, görüş zamanı bölmələrin elmi müəssisələri tərəfindən son aylar ərzində beynəlxalq əməkdaşlıq sahəsində əldə edilmiş nəticələr müzakirə edilib.

Tədbirdə, həmçinin Azərbaycanın zəngin ədəbi və mədəni irsinin, tarixi həqiqətlər üzrə elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi məqsədilə AMEA alimləri tərəfindən müxtəlif dillərdə müvafiq elm sahələri üzrə dərc edilmiş nəşrlər ətrafında fikir mübadiləsi aparılıb.

Elmi müəssisələrin mütəxəssisləri bu istiqamətdə əsaslı və əhəmiyyətli təkliflər irəli sürüb, o cümlədən gələcək fəaliyyət planlarını müzakirə ediblər.

 
Oxşar Xəbərlər

    ×