Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 100-dən çox namizəd qeydiyyatdan keçib
29.07.2020

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə avqustun 3-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

DİM-dən bildirilib ki, bu imtahanda 15 mart 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan, lakin pandemiyaya görə təxirə salınan test imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər də iştirak edəcəklər. İmtahanda iştirak etmək istəyən digər namizədlər üçün qeydiyyat avqustun 1-i saat 18:00-dək aparılacaq. Bu günə olan məlumata görə, 101 (AA-5, AB-23, AC-73) namizəd qeydiyyatdan keçib.

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

 
Oxşar Xəbərlər

    ×