Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Peşə Təhsili üzrə Dövlət və Bakı Nəqliyyat agentlikləri əməkdaşlıq edəcək
29.07.2020

Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Bakı Nəqliyyat Agentliyinin “Sürücü Təlim Mərkəzi” arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Agentlikdən bildirilib ki, memorandumun əsas məqsədi tərəflərin təlim və istehsalat bazasından və mövcud təcrübəli kadr potensialından bəhrələnərək əmək bazarının tələblərinə cavab verən ixtisaslı mütəxəssislərin hazırlığının təmin edilməsidir.

Görüş zamanı, tərəfləri maraqlandıran perspektivlər də müzakirə olunub.

 
Oxşar Xəbərlər

    ×