Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Kitabxana işğal altında olan Ağdərə rayonu ilə bağlı videoçarx hazırlayıb
30.07.2020

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası işğal olunmuş torpaqlarımız haqqında silsilə videoçarxlar təqdim edir.

Kitabxanadan bildirilib ki, informasiya-resurs şöbəsi tərəfindən hazırlanmış növbəti videoçarx işğal altında olan Ağdərə rayonuna həsr olunub.

Videoçarxda Ağdərə rayonu haqqında ümumi məlumat verilir. Rayonun işğala qədər olan əhalisi və ərazisi, tarixi abidələri, təbiəti, yeraltı və yerüstü sərvətləri haqqında informasiya videoçarx vasitəsilə izləyicilərə çatdırılır.

Videoçarx, həmçinin ermənilər tərəfindən işğal olunmuş Ağdərə rayonuna aid fotolar və video lentlərdən təşkil olunub.

Təqdim olunan videoçarxda rayonun erməni təcavüzkarları tərəfindən dağıdılmış görüntüsü də təqdim edilib.

Kitabxana tərəfindən işğal altında olan rayonlarla bağlı silsilə videoçarxlar davam edir.

 
Oxşar Xəbərlər

    ×