Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
30.07.2020

Uzun illər ərzində ölkəmiz müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı və digər təşkilatlara üzvdür.

Sözügedən mövzu ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Beynəlxalq dünya təşkilatları” mövzusunda yeni bir aksiyaya start verib.

Kitabxanadan bildirilib ki, bu aksiya 3 dildə - Azərbaycan, ingilis və rus dillərində keçirilir. Belə ki, kitabxana əməkdaşları bu və ya digər beynəlxalq dünya təşkilatı haqqında 3 dildən birində (və ya hamısında) videoçarx hazırlayaraq, sosial şəbəkə istifadəçilərinə təqdim edirlər. Qısa zaman müddətində başlamasına baxmayaraq, kitabxananın “Instagram” və “Facebook” səhifələrində artıq UNESCO, ISESCO, BMT, ATƏT, Beynəlxalq Olimpiya Komitəsi, TÜRKSOY, Qızıl Aypara Cəmiyyəti və s. kimi dünya miqyaslı təşkilatlar haqqında bəhs edən videomateriallar yerləşdirilib. Bütün bu materiallar kitabxana əməkdaşları tərəfindən səsləndirilmiş və hazırlanmışdır. Videoçarxlarda beynəlxalq aləmdə tanınan və fəaliyyət göstərən təşkilatların yaranma tarixi, fəaliyyət prinsipləri, ona üzv olan dövlətlər və Azərbaycan Respublikasının bu təşkilatlar ilə olan beynəlxalq əlaqələri haqqında məlumatlar öz əksini tapıb.

Qeyd edək ki, sözügedən aksiya qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb.

 
Oxşar Xəbərlər

    ×