Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan elmi konfrans keçiriləcək
03.08.2020

Azərbaycan İlahiyyat İnstitutu noyabrın 26-da “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.

İnstitutdan bildirilib ki, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunan konfransda alimin həyatı və elmi-pedaqoji, elmi-dini, dini-maarifçilik, tərcüməçilik fəaliyyətinə, onun ilahiyyatçı kadrların yetişməsində, Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında roluna həsr olunan məruzələr dinləniləcək.

Konfransda iştirak etmək istəyənlər məqalələrini sentyabrın 29-dək ilahiyyatkonfrans@ait.edu.az elektron ünvanına göndərməlidir.

Məqalələr heç bir yerə təqdim edilməmiş, 6-15 səhifədən ibarət yeni tədqiqatlar olmalıdır.

Əlaqələndirici şəxslər:

Şahin Ələsgərov (+99412) 510 65 45, (+99455) 529 93 80;

Emil İsbatov (+99412) 510 65 45, (+99455) 200 21 03.

 
Oxşar Xəbərlər

    ×