Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Dövlət qulluğuna test imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyası fəaliyyət göstərəcək
03.08.2020

Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə keçirilmiş test imtahanının nəticələri ilə bağlı avqustun 4-dən 6-dək saat 14:00-dan 17:00-a kimi Apelyasiya Komissiyası fəaliyyət göstərəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Komissiya Dövlət İmtahan Mərkəzində - Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında namizədlərin müraciətlərinə baxacaq.

Xatırladaq ki, imtahanda 83 namizəd iştirak edib. AB3 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 6 nəfər, AC4 altqrupu üzrə 6 nəfər olmaqla, ümumilikdə 16 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

 
Oxşar Xəbərlər

    ×