Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Dövlət qulluğuna müsabiqə elanları üzrə onlayn müsahibədə iştirak edənlərin nəzərinə
05.08.2020

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 13-dən etibarən 18 mart 2020-ci il tarixindən təxirə salınmış 17.09.2019-cu il və 13.01.2020-ci il tarixli müsabiqə elanları üzrə müsahibələrin onlayn qaydada keçirilməsinə başlanılıb və Mərkəzin internet portalında dövlət qulluğuna qəbul üzrə müsahibələrin keçirilmə qrafiki yerləşdirilib.

Nazirlər Kabinetinin müvafiq qərarlarına və ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, qrafikdə müsahibələrin keçirilməsi ilə bağlı bəzi dəyişikliklər edilib. Bu səbəbdən namizədlərə Mərkəzin internet portalında “Müsabiqə üzrə müsahibə və ümumi müsahibələrin keçirilmə qrafiki” bölməsini mütəmadi izləmək tövsiyə olunur.

Oxşar Xəbərlər

    ×