Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Güzdək-Sahil dəmir yolunun təmiri ilə Sumqayıt-Bakı arasında sıxlıq aradan qaldırılacaq - Cavid Qurbanov
17.12.2019

Sumqayıt-Bakı arasında sıxlıq ona görədir ki, Sumqayıt-Bakı xətti təkcə sərnişindaşımaya xidmət etmir, həm də yükdaşıma üçün istifadə olunur.

Məlumata görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, bu sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

O qeyd edib ki, Bakıda Güzdək-Sahil dəmir yolunun təmir etdirilməsi nəticəsində Bakı xətti yalnız sərnişindaşıma üçün istifadə olunacaq.

C.Qurbanov əlavə edib ki, yeni qatarlar gələcək və yaxın zamanlarda sıxlıq aradan qaldırılacaq.

Oxşar Xəbərlər

    ×