“VTB Azerbaijan” bankı 2022-ci ilədək rəqəmsal bank və yeni pərakəndə satış modelini yaratmağı nəzərdə tutur.
Bu barədə bankın İdarə Heyətinin sədri Yevgeniy Kivrin sağlam kreditləşməni 6 dəfə artırmağı düşündüklərini qeyd edib.
“Bizim üçillik strategiyamızda biznes modelini daha da tarazlaşdırılmış hala gətirmək məqsədi var”, - o deyib.
Bank rəhbəri rəqəmsal bankın “Facebook” və “WhatsApp” mesencerləri üzərində yaradılacağını diqqətə çatdırıb: “Rəqəmli kanallarda məhsul və xidmətlərə 100 faiz çıxışın təmin olunması nəticəsində orta və kiçik sahibkarlığa aid müştərilərin payını 30 faizdən 80 faizədək artacaq”.