Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Əsgərlərimizə dəstək məqsədilə növbəti videoçarx hazırlanıb
19.10.2020

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə ön cəbhədə döyüşən əsgərlərimizə mənəvi dəstək göstərmək, ruh yüksəkliyini artırmaq məqsədilə aksiya xarakterli videoçarx hazırlanıb.

Qalereyadan bildirilib ki, videoçarxda Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Səlhab Məmmədov, heykəltəraş Akif Əsgərov, Əməkdar rəssam Azad Əliyev, Vüqar Muradov, Anar Hüseynzadə, Milena Nəbiyeva, gənc rəssam Nigar Familsoy, Həcər Əliyeva, Aysel Nağıyeva Azərbaycan əsgərlərinə döyüşlərdə göstərdikləri rəşadət və qələbələrinə görə təşəkkür ediblər.

Videoçarxı Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.

Oxşar Xəbərlər

    ×