Facebook Pixel Code
GoMap XƏRITƏ
Azərbaycan xəbərləri
Sabah Azərbaycan və BƏƏ arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12.11.2019

Sabah, noyabrın 13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyindən “Report”a verilən məlumata görə, iclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Səfər çərçivəsində BƏƏ nümayəndə heyətinin Azərbaycanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

Oxşar Xəbərlər

    ×