Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Sertifikatlar sahiblərinə təqdim olunub
20.11.2020

Dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar tərcümə mütəxəssislərinin müəyyən edilməsi istiqamətində Dövlət Tərcümə Mərkəzi tərəfindən təşkil olunan növbəti seçim turları başa çatıb.

Turlarda ictimai-siyasi, hüquq və media sahələri üzrə uğurlar əldə etmiş tərcümə mütəxəssisləri mərkəzin sertifikatları ilə təltif edilib.

Təqdimat mərasimində Mərkəzin İdarə Heyəti sədrinin müşaviri Püstə Axundova çıxış edərək turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin dirçəldilməsinə tədricən öz töhfəsini verdiyini bildirib. Püstə Axundova imtahan mərhələlərindən uğurla keçmiş və sertifikatlara sahib olmuş mütəxəssislərə dair informasiyaların mərkəzin məlumat bazasına yerləşdiriləcəyini də qeyd edib.

 

Oxşar Xəbərlər

    ×