Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir - Salah bəy Zöhrabbəyov
10.12.2020

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.

Nazirlikdən bildirilib ki, layihənin növbəti siması görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyovdur. 1859-cu ildə Şuşa şəhərində anadan olub. Fransada təhsil aldıqdan sonra Rusiyaya gəlib və Sankt-Peterburq şəhərində təhsilini davam etdirib. Sonra Şuşaya qayıdıb, öz vəsaiti hesabına məktəb tikdirib və həmin məktəbdə rus dili dərsini deməyə başlayıb, “Azərbaycanlılar üçün rus dilinin tədrisi” dərs vəsaitini yazıb. Bir müddət isə Şuşa realnı məktəbində müəllim işləyib.

Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Qarabağın məşhur müəllimlərini yad etməkdir.

Oxşar Xəbərlər

    ×