Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 16-cı yığıncağı keçirilib
11.12.2020

Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 16-cı yığıncağı keçirilib.

Milli Arxiv İdarəsindən bildirilib ki, videokonfrans formatında baş tutan yığıncaqda MDB-yə üzv olan Azərbaycanla yanaşı, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan arxiv xidməti rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər. Yığıncaqda ölkəmizi Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov təmsil edib. Məsləhət Şurasının 16-cı yığıncağına rotasiya qaydasında Qırğızıstan sədrlik edirdi.

Yığıncaqda yeni növ koronavirus infeksiyası ilə mübarizə çərçivəsində arxiv xidməti təşkilatlarının gördükləri tədbirlər barədə məlumat verilib. Daha sonra ölkələr üzrə hesabat ilində görülmüş işlər barədə Məsləhət Şurasının üzvlərinin məlumatı dinlənilib.

Yığıncaqda MDB-nin 30 illiyi çərçivəsində üzv ölkələrin hökumət başçıları tərəfindən təsdiqlənmiş tədbirlər planına uyğun olaraq görüləcək işlər müzakirə olunub.

İclasda Özbəkistanın “Uzarxiv” Agentliyi MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına tam hüquqlu üzv qəbul edilib.

Daha sonra gündəlikdə duran məsələlər barəsində aidiyyəti üzrə müzakirələr keçirilib, fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul olunub.

Sonda MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına növbəti birillik müddətə Belarus Respublikası Ədliyyə Nazirliyinin Arxivlər və Kargüzarlıq Departamentinin rəhbəri V.İ.Kuraş sədr seçilib.

Oxşar Xəbərlər

    ×