Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Mahir Qabiloğlunun yeni romanının 3-cü hissəsi işıq üzü görüb
14.12.2020

Tanımış jurnalist, yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun “İtbaşı” romanının 3-cü hissəsi işıq üzü görüb.

Kitab “Adiloğlu” nəşriyyatında çapdan çıxıb. Kitabın redaktoru Eldəniz Elgün, bədii dizayneri Zaur Qafarzadə, korrektoru Mahmud Qəzənfəroğludur.

Romanın 3-cü cildində Xalq şairi Qabilin poeziyasından nümunələr verilib.

“İtbaşı” romanı əslində acı reallığı olduğu kimi oxucuya çatdıran bir konsepsiyadır. Bu konsepsiyada dünyanmı idarə olunması, dövlətlərin formalaşması, xalqla hakimiyyətlərin münasibətləri öz əksini tapıb. Əsərdə həmçinin insan psixologiyasının bütün qatları, kompleksləri açılır. Mahir Qabiloğlu əsərdə açıq şəkildə iddia edir ki, bu günün özündə belə böyük güclər xırda dövlətləri təsir altında saxlamaq üçünü yad ideologiyaları, vərdişləri zorən cəmiyyətlərə qəbul etdirir, qeyri-ənənəvi baxışları az qala ilahi baxışlar kimi təqdim edirlər.

İnanırıq ki, romanın 3-cü cildi də oxucular tərəfindən maraqla qarşılanacaq.

Oxşar Xəbərlər

    ×