Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Əsrlərdən gələn cazibə: Azərbaycan xalçalarındakı sehrin və sirrin açılması” mövzusunda onlayn görüş keçirilib
25.12.2020

Böyük Britaniyanın “Brooch Associates” MMC-sinin təşkilatçılığı ilə “Əsrlərdən gələn cazibə: Azərbaycan xalçalarındakı sehrin və sirrin açılması” mövzusunda onlayn görüş keçirilib.

ABŞ, İngiltərə və digər Avropa ölkələrindən olan qonaqların qatıldığı görüşdə ilk olaraq Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çoxəsrlik tarixə malik Azərbaycan xalçaçılıq sənəti, onun inkişafı, nadir, əsrarəngiz xalçalarımız və onların xüsusiyyətləri barədə çıxış edib. O, rəhbərlik etdiyi muzeyin yaranması, fəaliyyəti, ekspozisiyası, son illər onun kolleksiyasının zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.

Sonra Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Maria Besselin bu muzeydə qorunan-saxlanılan Azərbaycana aid Şirvan xalçası, onun bərpası və tədqiqi haqqında ətraflı məlumat verib. Qeyd edək ki, həmin sənətkarlıq nümunəsinə bənzəyən XVII əsrə aid Şirvan xalçası Milli Xalça Muzeyinin kolleksiyasında da var.

İtaliyadan olan xalça eksperti və kolleksiyaçı Stefano İonesku isə çıxışı zamanı iştirakçılara muzeyimizə özünün və digər kolleksiyaçıların hədiyyə etdiyi Azərbaycan xalçaları barədə danışıb.

Sonda məruzəçilər görüş iştirakçılarının Azərbaycan xalçalarına dair suallarını cavablandırıblar.

Oxşar Xəbərlər

    ×