Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Digitalart-lab” layihəsinin növbəti qonağı sənətşünas Mehbarə Abbasova olacaq
06.01.2021

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə yanvarın 8-də sənətşünas, kurator Mehbarə Abbasova ilə “Digitalart-lab” layihəsi iştirakçılarının “Zoom” proqramı vasitəsilə görüşü baş tutacaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehparə Abbasova “Rəqəmsal incəsənət tarixinə qısa ekskursiya” mövzusunda mühazirə ilə çıxış edəcək.

Xatırladaq ki, sentyabr ayından start verilən “Digitalart-lab” layihəsi ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədilə həyata keçirilir.

Mehbarə Abbasovanın “Digitalart-lab” layihəsində çıxışını Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

Oxşar Xəbərlər

    ×