Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçiriləcək
12.01.2021

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə yanvarın 14-də saat 20:00-da bölgələrdə yaşayan rəssamlarla onlayn görüş keçiriləcək.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, qurumun rəhbəri Qalib Qasımovun iştirakı ilə baş tutacaq görüş bölgələrdə yaşayıb-yaradan rəssamların əlaqələr şəbəkəsini inkişaf etdirmək, onların tanınması və yaradıcılıq mübadiləsi üçün əlavə zəmin yaratmaq, rəssamlarla əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə həyata keçirilir.

Xatırladaq ki, Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən start verilən layihə rəssamların mədəniyyət müəssisələri (qalereyalar, muzeylər və s.) ilə əlaqələrini sıxlaşdırlması və regionlarda rəssamlıq işinin keyfiyyətini artıra bilməsi üçün nəzərdə tutulur.

Bölgələrdə yaşayan rəssamlarla onlayn görüş “Zoom” proqramı vasitəsilə həyata keçiriləcək.

Oxşar Xəbərlər

    ×