Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Respublika Uşaq Kitabxanası şəhidlərə həsr olunmuş virtual sərgini təqdim edib
21.01.2021

F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az saytının multimedia bölməsində “20 Yanvar tarixin qan yaddaşı” adlı virtual sərgini oxuculara təqdim edib.

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgidə Almaz Ülvinin “Müharibə ağrılarım”, Hacı Niftalı Şıxların “Dünyamızın 20 Yanvar faciəsi”, Nəziman Əyyubun “Kəpəz”, Davud Dəmirlinin “Vətən imtahan verir”, Fəridə Hacıyevanın “Bağışla, Vətən, bağışla”, digər yazıçı və şairlərin şeirləri tam mətnləri ilə yerləşdirilib.

Təqdim olunan virtual sərgidə 18 kitab və dövri mətbuatda dərc olunan materiallar oxucuların istifadəsinə verilib.

Virtual sərgi şəhidlərin əziz xatirəsinə ithaf olunub.

Oxşar Xəbərlər

    ×