Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
YT Parkın rezidentinin istehsal etdiyi mühərrik yağları Ukraynada müsbət rəy alıb
25.01.2021

Ukrayna mütəxəssisləri tərəfindən yüksək təzyiqə davamlı “M-16ИХП-3У” mühərrik yağının hazırlanması barədə daxil olan müraciətə əsasən, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan Təcrübə-Sənaye Zavodunun mütəxəssisləri Aşqarlar Kimyası İnstitutunun (AKİ) tədqiqatçıları ilə birgə bu istiqamətdə təcrübələr aparıb, mühərrik yağının 10-15 resept üzrə nümunələri hazırlanıb.

YT Parkdan bildirilib ki, parametrləri Ukrayna mütəxəssislərinin tələblərinə cavab verən “M-16ИХП-3У” mühərrik yağı Ukraynada texnikalarda sınaqdan keçirilərək qənaətbəxş nəticə göstərib. Ukrayna mütəxəssisləri tərəfindən müsbət rəy alan bu yağın gələcəkdə sifariş olunması nəzərdə tutulur.

 

Oxşar Xəbərlər

    ×