Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.02.2021
Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilsin: Abbaszadə Orucəli Saleh oğlu Abdulova Nərgiz Cövdət qızı Əhmədov Ramil Bayram oğlu İsmayıllı İsmayıl Cəfər oğlu Qarayev Atəş İbrahim oğlu Qasımov Pərvin Alim oğlu Qasımzadə Zəhra İsa qızı Qənbərov Nəcəf Bilal oğlu Mirzəyeva Səmra Tahir qızı Pərdəşünas Fərid Bayram oğlu. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 2 fevral 2021-ci il.
Oxşar Xəbərlər

    ×