Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Litvanı “Avroviziya-2021” mahnı müsabiqəsində “The Roop” qrupu təmsil edəcək
08.02.2021

Litvanı “Avroviziya-2021” mahnı müsabiqəsində “Discoteque” mahnısı ilə “The Roop” qrupunun təmsil edəcəyi məlum olub.

Ölkə mətbuatına istinadla xəbər verir ki, məşhur vokalist Vaydotas Valyukyaviçyusun lideri olduğu qrupun lehinə həm komissiya, həm də 74 512 nəfər tamaşaçı səs verib.

Qrupun böyük səhnədəki çıxışı üçün nəyi dəyişdirmək niyyətində olduqları sualına ifaçı V. Valyukyaviçyus “Sarı komanda olaraq qalacağıq” deyə cavab verib.

Qeyd edək ki, builki avroviziya mahnı müsabiqəsi 18-22 may tarixlərində Hollandiyanın Rotterdam şəhərində baş tutacaq.

Oxşar Xəbərlər

    ×