Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
“Digitalart-lab” layihəsinin iştirakçıları üçün təlim keçirilib
08.02.2021

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam Natiq Kamal “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda praktiki dərs keçib.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, rəssam yaradıcı sənayenin bir sahəsi olan “Game promo-art”ın inkişaf prosesini və mərhələlərini iştirakçılara izah edib. Nümunə kimi daha öncə rəssamı olduğu oyunun təməl prinsiplərini, səhnələrin yaradılmasını ətraflı izah edib və iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, “Digitalart lab” layihəsinin fevral ayında daha 2 görüşü planlaşdırılır.

Oxşar Xəbərlər

    ×