Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
“Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” adlı mühazirə keçiriləcək
08.02.2021

Fevralın 12-də Azərbaycan Milli Xalça Muzeyində filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun təqdimatında “Nizami Gəncəvi yaradıcılığında folklor-mifoloji ənənələr” mühazirəsi keçiriləcək.

Muzeydən bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən mühazirədə dahi Azərbaycan şairinin yaradıcılığında xalq təfəkkürü, şifahi poetik düşüncə və mifik məzmunlu mətnlərin geniş şəkildə yer almasından bəhs olunacaq.

Karantin qaydalarına əsasən mühazirədə 10 nəfər iştirak edə bilər. Bunu nəzərə alaraq, https://forms.gle/Ga8WvFfj81Er3VSJ9 linkinə daxil olmaqla öncədən qeydiyyatdan keçmək olar.

Oxşar Xəbərlər

    ×