Facebook Pixel Code
GoMap XƏRITƏ
PARTNYORLAR
asan xidmət
aerotur
asan kadr
azərbaycan respublikası mədəniyyət nazirliyi
azea construction
azərpoçt
dövlət imtahan mərkəzi
elektron hökümət portalı
qafqaz müsəlmanları idarəsi
iteca
kimi
bakı 2017 islam həmrəyliyi oyunları
icbari sığorta bürosunu
baku city circuit
qafqaz hazırlıq kursları
mərkəzi seçki komissiyası
baku shopping festival
metropark
bakı 2015 avropa oyunları
satgroup
sinam
taxilider
Mədəniyyət xəbərləri
“İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı beynəlxalq konfransda qurama sənəti haqqında məruzə ilə çıxış edib
16.02.2021

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ötən ilin dekabr ayında başlatdığı “Qurama sənətinin bərpası layihəsi” çərçivəsində Azərbaycan xalqının qədim sənəti olan qurama haqqında elmi araşdırmalar davam etdirilməkdədir.

“İçərişəhər” Qoruq İdarəsindən bildirilib ki, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova Türkiyənin paytaxtı Ankara şəhərində 13 ölkənin iştirakı ilə keçirilən Hoca Ahmet Yesevi 4-cü Beynəlxalq elmi araşdırmalar konfransında “Azərbaycan evlərinin daxilinin bəzədilməsində qurama tikmələrindən istifadə” mövzusunda videoməruzə ilə çıxış edib.

Məruzədə XIX-XX əsrin əvvəllərində Azərbaycan xalq yaşayış evlərinin daxili quruluşunun bəzədilməsi zamanı istifadə olunan qurama tikmələri, onların etnoqrafik təyinatı, eləcə də arxeoloji tədqiqatlar əsasında bədii tikmənin yaranmasının tarixi, ölkənin müxtəlif regionlarında quramanın istifadəsi barədə maraqlı məlumatlar verilib.

Çıxışda slayd təqdimatla tanıtım məqsədilə Azərbaycan muzeylərində, xüsusilə də “İçərişəhər” Muzey Mərkəzinin kolleksiyalarında saxlanılan qurama tikmələri nümayiş olunub.

Konfransın sonunda Günay Həsənovaya sertifikat təqdim edilib.

Oxşar Xəbərlər

    ×