Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Ankarada “Nizami Gəncəvi İli” ilə bağlı yüzdən artıq nadir əsər sərgilənib
03.03.2021

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY) dünya şöhrətli dahi şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş rəsm, kitab sərgilərinin açılışının keçirilməsi mühüm bir hadisədir. Bu tədbirdə Azərbaycan Milli Kitabxanasında saxlanılan Nizami Gəncəviyə dair müxtəlif dillərdə yüzdən artıq nadir əsər sərgilənib. TÜRKSOY hər zaman olduğu kimi, “Nizami Gəncəvi İli” çərçivəsində də tədbirlərin təşkilinə üstünlük verir.

Bu fikirləri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov ifadə edib.

TÜRKSOY-da keçirilən tədbirin Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam əsasında keçirilən tədbirlər çərçivəsində təşkil olunduğunu xatırladan professor Kərim Tahirov bildirib ki, cari ildə dünyanın bir sıra ölkələrində belə tanıtma tədbirləri təşkil olunacaq.

Milli Kitabxanasının direktoru əminliklə ifadə edib ki, cari ilin sonuna qədər məlum pandemiya məhdudiyyətləri aradan qaldırılar və Nizami Gəncəvi ilinin sonu ilə bağlı daha möhtəşəm bir tədbir təşkil olunar.

Oxşar Xəbərlər

    ×