Türkiyəyə üz tutan turistlərin qəbulu gəldikləri ölkədə yoluxma sayı və vaksinasiya prosesinə uyğun aparılacaq.
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.
Ölkəyə daxil olan xarici vətəndaşlardan aprelin 15-nə qədər COVID-19 testinin tələb olunacağını deyən nazir bu tarixdən sonrakı addımların Səhiyyə Nazirliyi ilə razılaşdırılacağını, böyük ehtimalla yoluxma sayı az olan ölkələrdən gələnlərdən bu testin tələb olunmayacağını bildirib.
Türkiyədə aparılan vaksinasiya prosesi barədə danışan nazir indiyədək ölkədə 11 milyondan çox insana peyvəndin vurulduğunu, əsas hədəfin isə aprelin sonuna qədər bu rəqəmin 50-60 milyon nəfərə çatdırılacağını deyib.