Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Milli İncəsənət Muzeyində “Novruz ahəngi” adlı sərgi açılacaq
16.03.2021

Yazın gəlişi ilə üfüqdə yüksələn Günəş yer-göyü nura- hərarətə qərq edərək təbiəti öz səmənisini göyərtməyə səsləyir. Fəsli-baharın gəlişini daha yaxından duymaq, estetik zövq almaq üçün Milli İncəsənət Muzeyi martın 16-da “Novruz ahəngi” adlı sərgi təşkil edəcək.

Muzeydən bildirilib ki, xalqımızın tarixində və məişətində kök salmış Novruz bayramı rəssamların ilham qaynağına çevrilərək onların yaradıcılığında öz geniş təzahürünü tapıb.

Ziyarətçilər bayram əhval-ruhiyyəli “Novruz ahəngi” sərgisində bədii metal, zərif işləmələr və milli geyimlərlə tanış ola biləcəklər.

Qeyd edək ki, sərginin açılışı mərasim şəklində təşkil olunmayacaq.

Oxşar Xəbərlər

    ×