Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Özbəkistanın “Şərq ulduzu” ədəbi jurnalında Anar haqqında məqalə yer alıb
16.03.2021

Daşkənddə özbək dilində çap edilən “Şərq ulduzu” ədəbi jurnalı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar haqqında geniş məqalə çap edib.

Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin dosenti Adxambek Alimbekovun yazdığı materialda Anarın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, böyük həcmli əsərləri təhlil olunur.

Yazıda Anarın Daşkənddə çap olunan kitablarından da söhbət açılır, qeyd edilir ki, yazıçının “Mən, sən, o və telefon” və “Qirmızı limuzin” kitabları özbək dilində işıq üzü görüb və uğur qazanıb.

Bildirilir ki, Anarın əsərlərini özbək dilinə Usman Kuçkar, Babaxan Şərif, Mamatkul Xazratkulov, Feyzi Şahismayıl, Rüstəm Cabbarov, Erkin Usmanov və digər tərcüməçilər çevirib.

Xatırladaq ki, jurnalda vaxtaşırı Azərbaycan şair və yazıçılarının əsərləri çap olunur.

Oxşar Xəbərlər

    ×