Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18.03.2021
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 100 illiyi münasibətilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Teatrın aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq artisti” Osmanov Fuad Tacəddin oğlu “Əməkdar artist” Ağayeva Həcər Maqsud qızı Dubovitskaya Mariya Aleksandrovna Əmirbəyov Oleq Arnoldoviç Hacıyeva Natavan Nizami qızı İmranova İnna Aleksandrovna Klimaşeva Bella Vladislavovna Məmmədov Murad Məmməd oğlu Omelçenko Yuri Vladimiroviç Rəhimov Teymur Əsgər oğlu Sokolenko Milana Aleksandrovna “Əməkdar mədəniyyət işçisi” Məmmədov İlham Əli İslam oğlu.   İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 mart 2021-ci il.
Oxşar Xəbərlər

    ×