Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, bəstəkar və pianoçu Etibar Əsədli tərəfindən BMA-nın Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbələri üçün “Musiqi sahəsində sahibkarlıq” mövzusunda mühazirə keçirilib.
Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonağa mühazirənin keçirilməsinə görə təşəkkürünü bildirib, mövzunun aktuallığını bir daha vurğulayıb və bütün iştirakçılara uğurlar arzulayıb.
Qeyd edək ki, mühazirə Britaniya Şurasının dəstəyi ilə həyata keçirilən və BMA-nın tərəfdaşı olduğu Creative Spark Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində təşkil olunub.
Onlayn formatda baş tutmuş görüşdə musiqi və kreativ sahibkarlıq sahələrində mövcud problemlər və imkanlar, freelancerlik fəaliyyəti, musiqiçilər üçün biznes bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bir sıra digər məsələlər müzakirə olunub.