Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunda yaz kukla teatrları festivalı keçirilir
29.03.2021

Martın 27-dən aprelin 18-dək Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda kukla teatrlarının yaz festivalı keçirilir.

Festival çərçivəsində uşaqlar valideynləri ilə birlikdə yaşıl bağda 4 tamaşaya baxacaqlar.

Tədbir zamanı “Azərbaycan” pavilyonuna uşaqlar üçün ekskursiyalar təşkil olunacaq, təcrübəli bələdçilər “Odlar yurdu” barədə məlumat verəcək, onları musiqi alətləri və milli geyimlər sərgisi ilə tanış edəcək və balaca tamaşaçıların suallarını cavablandıracaqlar. Bundan başqa, pavilyonun zallarının birində uşaqların xatirə şəkli çəkdirmələri üçün orijinal fotozona təşkil olunub.

Qeyd edək ki, festivalın proqramına “Qırmızı yelkənlər altında”, “Alisa möcüzələr ölkəsində”, “Qaz balası haqqında nağıl” və “Ələddinin sehrli lampası” tamaşaları daxildir.

 

Oxşar Xəbərlər

    ×