Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
ICESCO İcraiyyə Komitəsinin 41-ci sessiyası keçirilir
30.03.2021

Bu gün İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) İcraiyyə Komitəsinin 41-si sessiyası öz işinə başlayıb.

Təşkilatın mənzil-qərargahından bildiriblər ki, videokonfrans formatında keçirilən tədbirdə ICESCO-nun 2019-2020-ci illərdə fəaliyyətinin yekunları, yaxın illərdə həyata keçiriləcək layihələr, Nizamnaməyə dəyişikliklər, Gənc Peşəkarlar Proqramının layihəsi və maliyyə vəziyyəti müzakirə olunur.

Sessiyanın açılışında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl Malik, İcraiyyə Komitəsinin sədri, İordaniyanın təhsil, ali təhsil və elmi tədqiqatlar naziri Məhəmməd Xair Əbo Qudeys və təşkilatın 13-cü Baş Konfransının prezidenti, Fələstinin Təhsil və Elm Milli Komissiyasının sədri Əli Zidan Əbu Zuhri çıxış ediblər.

İki gün davam edəcək sessiyada ICESCO-ya üzv ölkələrin milli komitələrinin iştirakı ilə təşkilatın Baş Direktorluğunun hazırladığı bir neçə inzibati və hüquqi sənəd müzakirə ediləcək. Onların arasında Milli Komitələrin Nizamnaməsinin layihəsi, ötən ilin yanvarında Əbu-Dabidə keçirilmiş 40-cı iclasda təsdiq olunmuş təşkilatın yeni strukturu var. Sessiyanın gündəliyinə həmçinin ICESCO-nun rəqəmsal əsasda fəaliyyətinə dair təkliflər, regional ofislərin işinin səmərəliliyinin artırılması da daxildir.

Sessiyanın yekununda üzv ölkələrin nümayəndələri İcraiyyə Komitəsinin Bürosuna seçkilərin qaydalarını müzakirə edəcəklər.

Oxşar Xəbərlər

    ×