Facebook Pixel Code
GoMap XƏRITƏ
Mədəniyyət xəbərləri
Quba Memorial Soyqırımı Kompleksinə virtual səyahət təşkil edilib
31.03.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının birgə layihəsi çərçivəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Memorial Soyqırım Kompleksinə virtual səyahət təşkil edilib.

İdarədən bildirilib ki, “Zoom” proqramı üzərindən həyata keçirilən tədbirdə Quba Soyqırım Memorial Kompleksin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və kompleksin mütəxəssisi Əbutalib Turabov izləyicilərə ətraflı və geniş məlumat veriblər.

Bəstəkar Sevgi Son Sualp soyqırımın onda buraxdığı təəssüratdan danışıb.

Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədr müavini Ceyran Səttarova, yazıçı İradə Əlili soyqırım qurbanlarının xatirəsini anaraq bu tarixin unudulmayacağını qeyd ediblər.

Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Abşeron Binə Peşə Liseyinin müəllimi Zərifə Əliyeva və Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Aynur Tağıyeva belə tədbirlərin həyata keçirilməsinin təqdirəlayiq addım olduğunu vurğulayıblar.

Oxşar Xəbərlər

    ×