Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Fotoqraflar arasında beynəlxalq fotomüsabiqə elan olunub
31.03.2021

Florida Foto Sənəti Muzeyi fotoqraflar arasında fotomüsabiqə elan edib.

Qaliblər incəsənət və fotoqrafiya üzrə ixtisaslaşmış münsiflər heyəti tərəfindən seçiləcək.

Fotoşəkillər orijinallığı, texniki mükəmməlliyi, kompozisiyası, ümumi təsiri, bədii mahiyyəti və münsiflərin digər meyarları əsasında qiymətləndiriləcək. Hər kateqoriya üzrə üç qalib seçiləcək. Ümumi qalib isə bütün təqdim olunan fotoşəkillər arasından seçiləcək. Hər qalibin işi çap olunaraq Florida Foto Sənəti Muzeyinin İcma Qalereyasında baş tutacaq sərgidə nümayiş olunacaq.

Qalib gələn şəxs 1 min ABŞ dolları məbləğində pul mükafatı alacaq.

Ətraflı məlumat əldə etmək və müsabiqəyə qatılmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.

Oxşar Xəbərlər

    ×