Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Ümumdünya Yazıçılar Günü qeyd edilib
31.03.2021

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsi və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının oxu zalının əməkdaşı Tərifə Abbasovanın təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə “Daim yaşar ədəbiyyat” adlı görüş keçirilib.

AYB-dən bildirilib ki, görüşdə Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycanda PEN klubun yaranmasından danışıb.

Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül Hüseynova çıxışında bildirib ki, bu bayram 1921-ci ildən PEN klub tərəfindən qeyd olunmağa başlayıb.

PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları martın 3-nü “Yazıçının Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi.

Tədbirdə çıxış edənlər Gəncə ədəbi mühitinin inkişaf mərhələləri və formalaşması istiqamətində uğurlardan, eləcə də yaradıcılıq uğurlarından söhbət açıb, şairlər şeirlər söyləyiblər.

Görüşün məqsədi yazarları bir araya toplamaqla ədəbiyyatımızda yeni janr ənənələri və oxucu münasibəti, eləcə də kitabxanalara onlayn marağın artırılması, həmçinin yazarlar gününün qeyd edilməsidir.

Oxşar Xəbərlər

    ×