Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Musiqi məktəbi Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirib
01.04.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Arif Məlikov adına 11 nömrəli onbirillik musiqi məktəbi 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirib.

İdarədən bildirilib ki, tədbirdə məktəbin müəllimi Aytən Əzizova və başqaları çıxış edərək 31 mart soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmasından, Azərbaycan xalqının tarixi torpaqlarından qovularaq zaman-zaman kütləvi qırğınlara məruz qalmalarından danışıb. Çıxışlarda 31 mart - Azərbaycanlıların Soyqırımı Günün tarixə qanlı bir faciə kimi düşərək heç vaxt unudulmayacağını və soyqırımı qurbanlarının qanının yerdə qalmadığını söyləyiblər.

Oxşar Xəbərlər

    ×