Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Musiqi məktəbinin şagirdləri respublika müsabiqəsində uğur qazanıblar
05.04.2021

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri Təhsil Nazirliyi və Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Qarabağın musiqi tarixi - aşıq sənəti" adlı gənc aşıqlar onlayn respublika müsabiqəsində uğurla çıxış ediblər.

İdarədən bildirilib ki, musiqi məktəbinin şagirdi Aynəddin Alışov (müəllim Təşəkgül Əmralıyev) 18-20 yaş qrupu kateqoriyası üzrə II yerə layiq görülərək laureat adını qazanıb.

Digər şagirdlər - Zaur Əliyev və Əmirxan Məmmədov həvəsləndirici diplomla təltif olunublar.

Oxşar Xəbərlər

    ×