Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun jurnallarının beynəlxalq elmi tələblərə uyğunlaşdırılması, müxtəlif indeksləmə bazalarına daxil edilməsi istiqamətində ardıcıl işlər həyata keçirilir. Bu istiqamətdə əldə olunan növbəti uğur institut jurnallarının elmi nəşrlərin beynəlxalq indeksləşdirmə bazası olan “idealonline” sisteminə daxil edilməsidir.
Bu barədə institutdan məlumat verilib. Bildirilib ki, “İdealonline” Türkiyədə fəaliyyət göstərən və 920 jurnalın, 124 min 375 məqalənin, 1559 kitabın daxil olduğu bazadır. Həmin bazaya AMEA Humanitar və İctimai Elmlər bölməsinin “Filologiya və sənətşünaslıq” və Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq”, “Poetika.izm”, “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalları daxil edilib.