Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Ankarada “Tunadan Orxona İpək Yolu marşrutu” mövzusunda toplantı keçirilib
12.04.2021

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında türkdilli ölkələrin müstəqilliyinin bərpasının otuzuncu ildönümü şərəfinə “Tunadan Orhuna İpək Yolu marşrutu” mövzusunda toplantı keçirilib.

TÜRKSOY-un təşkilatçılığı ilə keçirilən toplantıda rəsmi şəxslər, quruma üzv ölkələrin Türkiyədəki səfirləri və diplomatik nümayəndəliklərin təmsilçiləri və digər şəxslər iştirak ediblər.

TÜRKSOY-un Baş katib Düsen Kaseinov, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran, DBDBR dərnəyinin (Doğu Batı Dostluk ve Barış Rallisi dərnəyi) rəhbəri Nadir Serin mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Diqqətə çatdırılıb ki, TÜRKSOY-un təşkilatçılığı ilə 2022-ci ilin ikinci yarısında gerçəkləşməsi nəzərdə tutulan “Tunadan Orhuna İpək Yolu marşrutu” layihəsi çərçivəsində hərəkət edəcək karvan Almaniyadan start götürərək Avstriya, Macarıstan, Serbiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qırğızıstandan keçməklə Monqolustanda yerləşən Orhun abidələri qarşısında sona çatacaq.

Qeyd olunub ki, layihənin məqsədi dostluğu, qardaşlığı, mehriban qonşuluğu və mədəniyyəti tərənnüm, hərəkət trayektoriyasında təmsil olunan ölkələri təbliğ etməkdir.

Oxşar Xəbərlər

    ×