Məşhur Rusiya kulinarı, teleaparıcı, bloger və mətbəx haqqında kitabların müəllifi Stalik Xankişiyev REN TV-də "Dadlı və sağlam qida haqqında" telealmanaxında Azərbaycan dolmasının hazırlanma sirlərini bölüşür.
Kulinariya ustası dolmanın necə hazırlanacağı barədə danışır. Həm də eyni zamanda iki növ barədə! Azərbaycan dolması: üzüm yarpaqlarında və tərəvəzli. Əlbəttə ki, aşpazın öz sirləri də mövcuddur!