Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Xızıda məktəblilər arasında "Nizamidən incilər" adlı müsabiqəyə start verilib
23.04.2021

Xızı Rayon Heydər Əliyev Mərkəzi tərəfindən "Nizamidən incilər" adlı şeir müsabiqəsinə start verilib.

Ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar təşkil olunan müsabiqə 12-16 yaşarası məktəblilər arasında keçirilir. Müsabiqəyə qatılmaq istəyən şagirdlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərindən parçaları video şəklində hazırlamalıdırlar. Hazırlanan videoçarxlar aprel ayının sonuna kimi mərkəzin email ünvanına (hxizi@bk.ru) və ya facebook səhifəsinin mesaj bölməsinə göndərilməlidir.

Münsiflər heyəti tərəfindən seçiləcək qaliblər diplom və fəxri fərmanlarla mükafatlandırılacaq.

Oxşar Xəbərlər

    ×