Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda gənclər arasında onlayn inşa-yazı müsabiqəsi keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin aşkar olunmasıdır.
İnşa yazı müsabiqəsində Ağcabədi rayon sakini olan 14-29 yaş arası hər kəs iştirak edə bilər. Aprelin 27-dən mayın 6-dək davam edəcək müsabiqədə iştirakçılar yazılarını Gənclər və İdman İdarəsinin rəsmi facebook səhifəsinin inboxuna (link: https://www.facebook.com/agcabedigenclerveidman/) və ya cavid.bunyadov@mail.ru mail ünvanına göndərə bilərlər.
Qaliblər Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla mükafatlandırılacaqlar.