Ukraynadan Türkiyəyə turizm axınının artırılması üçün razılıq əldə edilib.
Bu gün Antaliyada Türkiyə və Ukrayna arasında turizm əməkdaşlığı işçi qrupunun iclası keçirilib.
Konfransda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Ukraynanın mədəniyyət və informasiya siyasəti naziri Aleksandr Tkaçenko turizmin inkişafı və turistlərin təhlükəsizliyinin təminatına dair işbirliyi niyyət bəyannaməsini imzalayıblar.
Toplantıda qeyd olunub ki, Ukrayna Türkiyənin turizm sahəsində strateji tərəfdaşıdır. Bundan əlavə Türkiyə və Ukraynaya qarşılıqlı turizm axınının artırılması, turizm investisiyaları olduqca əhəmiyyətlidir.