Facebook Pixel Code
GoMap XƏRITƏ
Maraqlı xəbərlər
Bəxtiyar Vahabzadə yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında
29.04.2021

Qazaxıstanın populyar “Adebiportal.kz” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Xalq şairi Bəxtiyar Vahabzadənin rus dilinə tərcümə edilmiş “Ayrılıqda”, “Ürək”, “Dəyişilmə” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

Tərcümə Mərkəzindən bildirilib ki, şeirlərin rus dilinə tərcümə müəllifləri – V.Luqova, A.Kronqauz və V.Zayçevdir.

Qeyd edək ki, geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Oxşar Xəbərlər

    ×